Azərbaycan 2022-ci ildə 26,833 min ton əczaçılıq məhsulları idxal edib.

Bu barədə Foodinfo.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Belə ki, 2021-ci ilə nisbətən Azərbaycanın əczaçılıq məhsulları idxalı 20,1 % artıb.

 

12 ayda Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri 652,936 milyon dollar olub. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

 

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları idxalı ümumi idxalın 4,49 %-ni təşkil edib.