Həkim və psixoloqlara müraciət edən və ya sadəcə olaraq qohumlarına, yaxın dostlarına şikayət edən ana- atalar, övladının idarə oluna bilməyəcəyindən, pis davrandığından, söz başa düşməməsindən gileylənir.
Rusiyalı mütəxəssis, psixoloq Mesedu Bulçinin sözlərinə görə, valideyinə tabesizlik, nəzarətsiz isteriya və ya hiper həyəcanlı davranış uşağın emosional gərgin olduğunu göstərir.
Psixoloqun həmin valideyinə ilk verəcəyi sual “ uşağınızın yuxu rejimi” varmı” sualı olmalıdır.
“Təbii ki, hər valideyin yuxu rejimini fərqli anlayır və müxtəlif variantlar deyir.
Məsələn: uşağım gecə saat 12 – də yatır, lakin səhərə kimi yuxusunu alır. Yaxud, oyatmasan səhər saat 11 - ə kimi yatar, yaxud nahara kimi yatar. Digər bəhanələrindən biri də atanın işdən gec gəlməsidir. Ona görə gec yatır ki, atasını görsün. Və ya biz yatmayana kimi yatmır.
Bu bəhanələr normal deyil. Uşağın psixologiyasına və sağlamlığına zərər vermiş olursuz.
Uşağın davranış problemləri üzərində işləyərkən ilk düzəltdiyimiz şey yuxu rejimidir. Buna fikir verməsəniz, uşaqla bütün işlər faydasız olacaq.
İdeal olaraq, uşaq axşam saat 20:00 - 21:00-da, yay rejimində bir az gec də olsa yatmalıdır. Saat 21:30-dan gec olmayaraq uşağınızı yatızdırmalısınız”. Medicina.az