Nə vaxtsa birdən-birə hədsiz narahatlıq və qorxu hiss etmisiniz? Bu zaman ürək döyüntüləriniz artır, çox tərləyirsiniz və nəfəs ala bilmirsiniz? Cavabınız bəli olarsa, sizdə panik atak və ya panik pozğunluğu adlı anksiyete pozuqluğu ola bilər. Ancaq narahat olmayın, çünki panikadan xilas olmaq mümkündür.
Hücumların hər birində güclü narahatlıq, qorxu hissi yaranır və bir neçə dəqiqə ərzində pik həddə çatır.
Panik xəstəliyin baş verməsinin müxtəlif səbəbləri var.
Foodinfo.az bu səbəbləri təqdim edir:
- Genetik və irsi səbəblər
- Həssas insanlarda həddindən artıq çay, qəhvə və siqaret istehlakı
- Stimullaşdırıcı maddələr kimi narkotiklərin istifadəsi
- Həddindən artıq yuxusuzluq
- Hipertiroidizm və diabet kimi bəzi xəstəliklər
Aşağıdakı qidalar panik atakları azaltmağa kömək edə bilər :
- Toyuq, qırmızı ət, balıq, yumurta, küncüt və badam kimi tərkibində triptofan olan qidalar
- Balıq, göbələk, pendir və şorba kimi glutamat amin turşusu olan qidalar
- Tərkibində kalium olan banan, ananas və xurma kimi meyvələr
- Fol turşusu, dəmir və maqnezium əldə etmək üçün ispanaq və kələm yarpağı kimi tərəvəzlər
- İmmunitet sistemini gücləndirmək üçün portağa kimi tərkibində C vitamini olan qidalar
- Balıq, pendir, süd, badam, qoz-fındıq və tərəvəz kimi protein, kalsium və maqnezium kimi mineralları ehtiva edən qidalar
Ümumiyyətlə, sağlam və balanslı bir pəhriz yemək və yüksək qida dəyəri olan qidaları istehlak etmək panik atakları azaltmağa kömək edə bilər.