Pellagra xəstəliyi Vitamin B3 yəni niasin çatışmazlığından meydana gələn xəstəlikdir. Pellagra qida zamanı yetəri qədər triptofan alınmamasından meydana gəlir. Müalicə etməklə asanlıqla bərpa edilə bilər. Lakin, uzun müddət niasin çatışmazlığı ölümə səbəb olar.

Foodinfo.az xəbər verir ki, bu xəstəlik adətən yazda baş verir. Keçmişdə formalaşmasının əsas səbəbi müharibə illərində insanların buğda əvəzinə qarğıdalı unundan hazırlanan yeməklərlə qidalanması idi. Qarğıdalıda nikotin turşusunun sintezi üçün lazım olan prekursorun olmaması pellagraya gətirib çıxarır.

  Həzm sistemi pozğunluğu nəticəsində turşu qəbul etməyən insanlarda və alkoqoliklər kimi çox qeyri-kafi qidalanan insanlarda bu xəstəlik daha çox görülür. 

 Simptomları bunlardır: Dərinin açıq hissələrində qırmızı ləkələr əmələ gəlir və onun klinik təzahürlərinə sinir sistemi və həzm sisteminin pozğunluqları, mədə-bağırsaq traktının pozğunluqları və dəri zədələri. Ölümlə nəticələnmə potensialına da malikdir.

  Müalicə: Niasin müalicəsi ilə xəstəliyin bütün əlamətləri yox olur.

 Pellagra xəstəliyinin müalicəsi üçün istehlak edilə bilən qidalar yaşıl tərəvəzlər, süd, ət və bitki yağlarıdır.