Keniyanın Kitengela qəsəbəsinin 24 yaşlı sakini Oliviya Neserian iki yaşlı qızını öldürərək onun daxili orqanlarını yeyib. Foodinfo.az xəbər verir ki, bu barədə “The Star” məlumat yayıb.
Qadın uşağa aprelin 23-də hücum edib. Qonşular qışqırıqları eşidib və cinayətkarların ona hücum etdiyindən qorxaraq Nesseryanın evinə qaçıblar. Lakin pəncərədən baxanda gənc ananın qızı öldürdüyünü görüblər. Neserian uşaq mahnılarını oxuyarkən qızını bıçaqlayaraq öldürüb, sonra onun hissələrini parçalayıb, bağırsaqlarını və böyrəklərini yeməyə başlayıb.
Bütün bu müddət ərzində şoka düşən qonşular qapını sındırmağa çalışıblar. Onlar evə girə bildikdə qız artıq ölmüş, anası isə huşunu itirmişdi. Hadisə yerinə gələn polis Neseryanı saxlayıb və nəzarətə götürüb. O, psixiatrik müayinə üçün xəstəxanaya göndərilib. Njerinin qalıqları yerli meyitxanaya aparılıb.
Neseryanın qətli qızın atasından ayrıldıqdan sonra törətdiyi güman edilir. Qonşuların sözlərinə görə, qadın qətl zamanı evdə olmayan valideynləri ilə birgə yaşayıb.
Fərid