Qastrit üçün qidalar yumşaq və asanlıqla həzm olunan olmalıdır ki, iltihablı mədə mukozasını qıcıqlandırmasın və simptomların artmasına səbəb olmasın.

Foodinfo.az bildirir ki, bu zaman kiçik hissələrdə yemək vacibdir, yeməklər arasında üç-dörd saatdan çox fasilə verməmək lazımdır. Porsiyalar kiçik olmalıdır (təxminən 200-250 qram). Fast food, ədviyyatlı və qızardılmış qidalar, siqareti və spirtli içkilər, həmçinin qəhvə və qazlı sular məsləhət görülmür.

Həmçinin yeməkdən sonra yatmaq yox, yüngül fiziki məşqlər etmək, gəzintiyə çıxmaq məsləhət görülür.

Leyla