Qazlı su dəriyə gözlənilməz faydalar verə bilər. Onun tərkibindəki karbonat qazı dəriyə qan axınını artıraraq dərinin daha canlı və parlaq görünməsinə kömək edir. 

Foodinfo.az xəbər verir ki, qazlı su ilə üz yumaq məsamələri açır, dərini təmizləyir və yağ balansını tənzimləyir. 

Bu üsul dərini qurutmadan yumşaq bir təmizlik təmin edir, həm də kollagen istehsalını stimullaşdıraraq dərinin elastikliyini artırır.

Qazlı su, xüsusilə yağlı və sızanaqlara meylli dəri üçün faydalıdır. Ancaq həddindən artıq istifadə quruluq və qıcıqlanma yarada bilər, buna görə də balanslı istifadə vacibdir.