İnsanın gündəlik qida rasionu onun ömrünün uzunluğuna da təsir edir. 

Foodinfo.az CBNC-yə istinadən xəbər verir ki, bütün uzunömürlüləri birləşdirən xüsusiyyət onların əsasən meyvə-tərəvəz və qoz-fındıqdan ibarət bitki mənşəli qidalardan istifadə etməsidir.

115 yaşlı amerikalı Elizabet Frensis yeməkdə özünə məhdudiyyət qoymadığını, lakin həmişə həyətində yetişdirdiyi tərəvəzlərlə qidalandığını, heç vaxt siqaret çəkmədiyini və spirtli içki içmədiyini bildirir. 

102 yaşlı Debora Szekeli də daim bitki mənşəli qidalardan istifadə etdiyini, heç vaxt ət yemədiyini deyir. Onun rasionu bir çox cəhətdən Aralıq dənizi pəhrizinə bənzəyir. Rasiona qatıq, meyvə-tərəvəz, bütöv taxıl çörəyi və balıq daxildir.

106 yaşlı Şirli Hods heyvan mənşəli yağların qəbulunu məhdudlaşdırır. O, həmçinin yağsız süd içir və yediklərinə əlavə şəkər qatmağı sevmir.

Uzunömürlü Deyzi Makfadden isə heç vaxt şəkərli qazlı içkilər içmədiyini etiraf edir. O, səhərlər yulaf sıyığı, təbii şirələr və banan, naharda çuğundur, xiyar, pomidor, toyuq və ya balıqdan ibarət salat, axşamlar yağsız ət və buxarda bişmiş tərəvəzlər, desert kimi isə meyvə yeyir.