Çexiyada qidaların atılması halları azalıb.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Ticarət və Turizm Assosiasiyasının prezidenti, Ticarət Palatasının vitse-prezidenti Tomaş Pruza danışıb.
“Çexlər qida tullantılarına görə rekordçu idilər. Çexiyada qidanın 25 faizi atılırdı. İndi biz görürük ki, tullantıların sayı azalıb. Çexlər artıq öz alış-verişlərini daha diqqətlə planlaşdırırlar”, - deyə o bildirib.
T.Pruza həmçinin ölkədə qiymət artımından da bəhs edib. Vurğulayıb ki, qiymət artımı əksər hallarda mağazalara dominant tək bir tədarükçünün olduğu yerlərdə baş verir.