Qızıl və gümüş kimi zərgərlik məmulatlarının gözəlliyinin ən mühüm cəhətlərindən biri də onların həmişə parlamasıdır. Amma onları bir müddət taxıb istifadə etdikdən sonra ilk günlərindəki parlaqlığını itirir və matlaşır, ancaq qızılları təmizləmək və parlatmaq üçün onları zərgərlik mağazasına aparmaq lazım deyil, məişət materialları ilə onları əvvəlki parlaqlığına gətirmək olar.
Foodinfo.az bu yazıda ev şəraitində qızılın necə təmizlənməsi və cilalanmasını təqdim edir.
Bizə lazım olanlar:
Soda
Duz
Alüminium folqa
Qaynar su
Qabyuyan maye
Alüminium folqanı içi boş bir qaba qoyun. Bir çay qaşığı duz, bir çay qaşığı soda və 7-8 damcı qabyuyan mayeni qaynar su ilə qarışdırın.
Bu materialların birləşməsi kimyəvi reaksiyaya səbəb olur ki, bu da qızıl və gümüşün parlamasına səbəb olur. Qızıl boyunbağı və üzüyünüzü bu məhlulun içinə qoyub yarım saat saxlayın.
Sonra onları yumşaq bir diş fırçası ilə fırçalayın ki, deşiklər və yivlər yaxşı təmizlənsin.
Onları isti su ilə yuyun və yumşaq bir parça ilə qurudun.