Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti Rusiya Federasiyasına ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi ilə yerində tanışlıq və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə müxtəlif meyvə-tərəvəz istehsalı müəssisələrinə baxış keçiriblər.
Foodinfo.az xəbər verir ki, nümayəndə heyəti “Gözəl Təbiət” MMC və “Buta Agro” MMC-nin pomidor istehsalı müəssisələrinə, “AzBadam” MMC-nin badam bağlarına, “Amoris” MMC və “SoyuzAqroKontrakt” MMC-nin Qusar rayonunda yerləşən meyvə istehsal sahələri və meyvə bağlarına baxış keçirib, təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin saxlanılması və tətbiqi, bu istiqamətdə reqlamentlərə riayət olunmasına nəzarətin təşkili ilə tanış olublar. Eyni zamanda meyvə bitkilərinin əkin materialının “in vitro” texnologiyası ilə yetişdirilməsi üzrə “Grand-Agro İnvitro” MMC-nin laboratoriyası və ting yetişdirilən istixanası ziyarət olunub.
Qeyd edək ki, ixrac partiyalarının təhlükəsizliyinə dair fitosanitar nəzarətin təşkili, proseslərin elektronlaşdırılması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı