Çiy sarımsaq yedikdən sonra sarımsağın qoxusu 24-48 saat ağızda qalır. Bəzi yeməklər var ki, onların əsas ədviyyatı sarımsaqdır və sarımsaqsız heç dadlı olmur. Bəs sarımsağı yedikdən sonra necə edək ki, qoxusu gəlməsin?  

Foodinfo.az bu yazıda sarımsaq qoxusunu dəf etməyin yollarını təqdim edir.

Sarımsaq qoxusunu ağızdan çıxarmaq üçün saqqız çeynəyirik və ya dişlərimizi fırçalayırıq. Bu qoxunu ağızdan çıxarsa da, qoxu nəfəsimizdə qalır. Odur ki, sarımsaq yedikdən sonra aşağıdakı 5 yoldan birini edə bilərsiniz.

1. Sarımsaq yedikdən sonra 2-3 hil toxumunu çeynəyin. 

2. Dişlərinizi fırçaladıqdan sonra bir stəkan süd və ya yarım kasa qatıq için ki, sarımsağın iyi ağızdan tez getsin və nəfəsiniz daha sarımsaq iyi verməsin.

3. Limon turşu xüsusiyyəti ilə sarımsaq qoxusunu ağızdan çıxarır. İki yemək qaşığı təbii limon suyunu bir stəkan su ilə qarışdırın və dişlərinizi fırçaladıqdan sonra onu için.

4. 2-3 ədəd quru çay çeynəmək sarımsaq qoxusunu ağızdan çıxarmağa çox kömək edir.

5. Bir çay qaşığı darçın tozu, 3 xörək qaşığı qızılgül suyu və yarım stəkan ilıq suyu qarışdırıb için.