Moskvanın baş psixiatr-narkoloqu Anton Masyakin siqareti tərgitmiş insanlar üçün pəhrizin vacibliyindən danışıb. Onun sözlərinə görə, siqaretdən imtina etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.
Siqareti tərgitdikdən sonra çəkiniz arta bilər. Buna görə də müəyyən bir pəhrizə riayət etmək vacibdir. Həkim, ilk növbədə, "lazımsız qida"lardan çəkinməyi tövsiyə edib. Bura sadə karbohidratlar, qida əlavələri, transyağlar, şəkər əvəzləyiciləri daxildir.
Narkoloq tərəvəz və meyvələrin vacibliyini vurğulayıb. Qida liflərinin çoxluğu və enerji sıxlığının azlığı səbəbindən bu məhsullar pəhriz üçün qida miqdarını məhdudlaşdırır.
Konsultasiya zamanı siqareti tərgitdikdən sonra ilk aylarda ehtimal olunan çəki artımının səbəbləri izah oluna və aşağı kalorili pəhriz, kalorilərin hesablanması zərurəti ilə bağlı tövsiyələr verilə bilər.
Nurlan