"UCLA Health" tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hamiləlik hormonu estriol, dağınıq sklerozdan (DS) təsirlənən kritik bölgə olan beyin qabığında miyelinin parçalanma prosesinin qarşısını ala bilər.
DS zamanı yaranan iltihab immun sistemini beyin qabığında sinir lifləri ətrafındakı miyelinin qoruyucu təbəqəsini məhv etməyə sövq edir, nəticədə elektrik siqnallar pozulur.
Bu zədə DS xəstələrində uzunmüddətli əlillik, o cümlədən koqnitiv geriləmə ilə əlaqələndirilir. Dağınıq sklerozun müasir müalicə metodları ilk növbədə iltihabla mübarizəyə yönəldilsə də, yeni bir araşdırma göstərir ki, estriol DS-nin siçan modelində miyelin zədələnməsini aradan qaldıra bilər, bu isə gələcək terapevtik müdaxilələrə ümid yaradır.
Bu tədqiqat beyin qabığında miyelini bərpa etməyə və DS-nin təsirlərini aradan qaldırmağa imkan verən müalicənin mümkünlüyünü sübut edir.
Nurlan