Gündəlik həyatda qidalanmamız stressin azalmasına səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Nanə - xüsusilə sinirləri sakitləşdirici təsirə malikdir. Nanə çayını limonla birlikdə istifadə etmək tövsiyə olunur.
Brokoli – xərçəngə qarşı effektiv vasitə olan bu məhsul həm də sinirləri sakitləşdirir.
Kəkik – insana enerji verməklə birlikdə eyni zamanda stresdən uzaq qalmağımıza zəmin yaradır.
Çobanyastığı – çayı gərginliyi aradan qaldırır.
Bununla yanaşı şokolad, qəhvə və darçın da stresə qarşı önəmli rol oynayır.