Üzgüçülük ən yaxşı idman növlərindən biridir. Suda olmaq həm fiziki, həm də psixoloji cəhətdən sağlamlığa çox faydalıdır. Üzərkən bədənin əksər əzələləri hərəkət edir.
Foodinfo.az xəbər verir ki, həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: “Hər bir idman növündə olduğu kimi, üzgüçülüyün də bədən üçün bir sıra faydalı cəhətləri var. İlk növbədə onunla məşğul olmaq dayaq-hərəkət sisteminə çox xeyir verir. Üzərkən ürək əzələlərindən tutmuş bədənin bütün əzələləri hərəkətə gəlir. Xüsusilə hovuz şəraitində olan üzgüçülük məkanlarında həmin ərazinin təmizliyinə diqqət yetirmək lazımdır. Həmin məkana üz tutanlarda, xüsusilə uşaqlarda bir sıra infeksiyalar - gözdə, ağızın selikli qişasında olan infeksiyaların artdığı müşahidə olunur”.
Gümrah qalmaq üçün üzgüçülük ən real seçimdir. Üzərkən nəfəs almaq rahatlaşır və stres azalır. Bu isə həmin idman növü ilə məşğul olanları daha xoşbəxt edir.