PeopleTec şirkəti soyuducunun içindəkilərin fotoşəkili əsasında reseptlər təklif edən süni intellekt hazırlayıb.
Foodinfo.az xəbər verir ki, bu unikal süni intellekt yeməyin qiyməti, porsiya ölçüsü və pəhriz seçimləri kimi mühüm amilləri nəzərə alır.
Neyron şəbəkəni öyrətmək üçün mütəxəssislər açıq soyuducuların 200-dən çox fotoşəkilindən istifadə ediblər. Nəticədə, süni intellekt fotoşəkillərdən ən yaxşı 30 inqrediyent daxil olmaqla, unikal reseptlərdən ibarət 100 səhifəlik reseptlər kitabı yaradıb.
Süni intellektin yaradıcıları izah ediblər ki, onların işinin özəlliyi resepti müxtəlif məhdudiyyətlərə uyğunlaşdırmaqdır.
Tərtibatçılar öz texnologiyalarını həm kulinariya həvəskarları, həm də peşəkar aşpazlar üçün nəzərdə tutulmuş tətbiqlərə və veb xidmətlərə inteqrasiya etməyi planlaşdırırlar.
Qeyd edək ki, indi bu süni intellekt sayəsində yemək hazırlamaq daha asan və maraqlı olacaq.
Leyla