Sürətli həzm üçün düzgün qidalanma və həyat tərzi vacibdir. 

Foodinfo.az xəbər verir ki, bunun üçün lifli qidalara üstünlük vermək lazımdır – tərəvəz, meyvə, tam taxıllar və paxlalılar bağırsaqların fəaliyyətini sürətləndirir. 

Su içmək də həzmi yaxşılaşdırır, çünki maye bağırsaqlardan keçidi asanlaşdırır. 

Yeməkləri yaxşı çeynəmək mədə və bağırsaqlara yükü azaldır. 

Hərəkətli olmaq – məsələn, yeməkdən sonra yüngül gəzmək həzmi tezləşdirir. 

Stressdən qaçmaq və yeməkləri sakit mühitdə yemək də önəmlidir. Şəkərli və yağlı qidalardan uzaq durmaq isə həzm sistemini yormamaq üçün faydalıdır.