“Taxıl saziş”i çərçivəsində indiyədək dünya ölkələrinə 10 milyon tondan çox taxıl ixrac olunub”.
Foodinfo.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
O bildirib ki, ümumi məhsulun 6 milyon tonu, yəni 60 faizi Avropa ölkələrinə ixrac olunub:
“Yerdə qalan taxılın 27 faizi Asiya, 13 faizi isə Afrika ölkələrinə çatdırılıb. Qlobal ərzaq böhranının qarşısının alınması üçün taxıl dəhlizinə çox əhəmiyyət veririk”.
Nazir, həmçinin söyləyib ki, taxıl daha çox kasıb ölkələrə ixrac edilməlidir.
Onun fikrincə, sözügedən məsələdə varlı ölkələrə üstünlük verilməsi ədalətsizlikdir.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir