Ürəyin hətta kiçik bir hissəsinin kifayət qədər qan almaması və damarların daralması nəticəsində insan tez yorulur, çox yatır, halsız olur və beynin fəaliyyəti də zəifləyir.
Foodinfo.az "Medicina"ya istinadən xəbər verir ki, ürək damar cərrahı Ramil Əliyev stenokardiyanın yaranmasından danışıb.
"Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində çapıqların yaranmasına səbəb olur ki, bu da son nəticədə kardioskleroz (“skleroz” – çapıq) patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.
Beyin damarlarının aterosklerozu əmək qabiliyyətinin (xüsusilə, əqli iş qabiliyyətinin) azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult baş verə bilər"