Toyuq ətini necə düzgün bişirmək və yemək lazımdır, toyuq cəmdəyinin hansı hissəsi qalanlarından daha sağlamdır, hansı hissəsi isə əksinə yeməmək daha yaxşıdır? Foodinfo.az bildirir ki,bu barədə rusiyalı həkim, dietoloq, qastroenteroloq Natalya Sıçeva deyib.

O, bildirib ki, toyuğun müxtəlif hissələrinə baxarkən, ənənəvi olaraq tövsiyələrdə döşdən bəhs edilir, lakin müxtəlifliyin olması lazım olduğunu başa düşmək lazımdır. “Məsələn, buddan da istifadə etmək olar, lakin mən onları nahar üçün istifadə etməyi məsləhət görürəm. Axşam yeməyi üçün döş əti münasibdir. Bud qırmızı ətə daha yaxındır, kifayət qədər miqdarda doymuş yağlar var.

Ekspertin sözlərinə görə, toyuğun ən zərərli hissəsi dərisidir. "Dərini çıxarmaq daha yaxşıdır, çoxlu doymuş yağlar var. Bir çox insanlar quş ətinə keçir. Lakin toyuqda qoyun əti və ya yağlı mal ətində olduğu qədər yağ dəridə toplanır.

Nərmin