"Türkşeker" şəkər tozu qiymətlərini 37%-67% artırdığını açıqlayıb. Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, iyunun 27-dən etibarən "Türkşeker" endirimli marketlər üçün 50 kiloqramlıq şəkər kisəsinin zavod satış qiymətini 67% artıraraq 390 lirədən 650 lirəyə qaldırıb. "Türkşeker" digər müştəriləri üçün 50 kiloqramlıq şəkər kisəsinin qiymətini 500 lirədən 750 lirəyə qaldıraraq 36,4% bahalaşdırıb. "Türkşeker"in yaydığı məlumatda, "50 kiloqramlıq polipropilen torbalara qablaşdırılan şəkərin zavoddan satış qiymətləri 27.06.2022 tarixindən etibarən qüvvəyə minəcək. Qiymətlər ƏDV xaric 13 TL/kq, digər bütün müştərilər üçün ƏDV xaric 15 TL/kq olaraq yenidən müəyyən edilmişdir", - bildirilir