Asma yanaqlar və dolğun üz uşaqlarda xoş və yaraşıqlıdır, lakin bəzi böyüklər üçün bu, heç də arzuolunmazdır və onlar həmişə üzlərini arıqlatmaq üçün bir yol axtarırlar. Üzdəki piylənmə hətta arıq bədənə sahib olanları olduğundan daha kök göstərir və bu da insanlarda özünə inamsızlıq yarada bilər. Yanaqlar və üzün altındakı yağlar, adətən, sürətli arıqlamaq üçün pəhriz və idmana daha davamlıdır və genetik və ya yaşlanma nəticəsində yaranan artıq yağ hüceyrələrini çıxarmaq üçün isə tibbi müalicə tələb oluna bilər.

Foodinfo.az bildirir ki, üzdəki piyləri əritməyin yollarını axtarmazdan əvvəl ilk növbədə üzdəki piylərin səbəbini öyrənin. Bu piylənmə xəstəliklər və ya dərmanlarla bağlı ola bilər, ya da genetik səbəb ola bilər.

Arıqlamaq üçün nə edə bilərik? Üz arıqlamağa gəlincə əməliyyatdan tutmuş xüsusi masajlara qədər müxtəlif üsullar var.

Məşq:

Sürətli arıqlamanın miqdarı hər kəs üçün fərqlidir, ancaq 1-2 kq çəki itirmək belə ilk olaraq üzdə özünü göstərəcək. Məşq zamanı piylər bədənin bütün nahiyələrində, o cümlədən üzdə yandırılır. 

Şəkər və duz istehlakının azaldılması:

 Həddindən artıq şəkər və duz istehlak edərək, bədəninizdə çoxlu maye tutulur. Şişkinliyi və maye tutmağı azaltmaq üçün sübut edilmiş əsas qayda duz qəbulunu gündə 1500 milliqrama, şəkəri isə 20 qrama endirməkdir. Bu pəhrizi tətbiq etdikdən sonra arıqlamağı və üzün arıqladığını görəcəksiniz .

 Aerobik fəaliyyətin dəyişdirilməsi: 

Üzdəki piylərdən xilas olmaq üçün aerobik məşqlərin intensivliyini artırmaq lazımdır. Dəyişiklik etmək üçün həftədə 5 dəfə və hər dəfə 60 dəqiqə aerobik məşq etməli və monoton məşqləri qarışıq məşqlərə çevirməlisiniz. Qarışıq məşqdən sonra bədəndə yağ yanması davam edir və gündə təxminən 200 kalori daha çox yandırır. Bu da üzünüzü incəlməyə kömək edəcək.

 Pəhriz planının dəyişdirilməsi: 

Əgər yüksək intensivliklə aerobik və güc məşqləri edirsinizsə, lakin pəhriz planınız əvvəlki kimidirsə, o zaman üzünüzdə heç bir dəyişiklik görməyəcəksiniz, çünki üzdəki şişkinliyin səbəblərindən biri qida növüdür. Bunun üçün proqramınızdan işlənmiş qidaları çıxarıb təzə qidalar, meyvə və tərəvəzlərlə əvəz etmək daha yaxşıdır. Soya, qarğıdalı, gluten, süd məhsulları kimi iltihaba səbəb olan qidalardan çəkinin. Dərinin iltihabının qarşısını almaq üçün zəncəfil, zerdeçal, balqabaq, kokos, limon və çuğundur kimi iltihab əleyhinə qidalardan istifadə edin. Məsələ burasındadır ki, orqanizmin yağ yandırma sürəti yaşla birlikdə azalır. 

 İçməli su:

 Məşq zamanı su içmək baş ağrılarından qaçınmanıza və ən yaxşı formada qalmağınıza kömək edəcək. O, həmçinin nəm saxlamağa (kifayət qədər su çatdırmağa), iştahı idarə etməyə və şişkinliyi aradan qaldırmağa kömək edir, nəticədə dəriniz əla görünəcəkdir. İdman etmək üçün su şüşənizə limon və zəncəfil əlavə edin ki, daha dadlı olsun.

 Adekvat və vaxtında yuxu: 

Əgər kifayət qədər yuxunuz yoxdursa, üzünüz şişəcək. İstirahət zamanı orqanizm özünü bərpa edir və endokrin sistemini sağlam saxlayır və hormonları tarazlaşdırır. Beləliklə, kifayət qədər istirahət etməsəniz, bədən daxili təmir etməyəcək. Beləliklə, hər gecə ən azı yeddi saat yatın ki, bədən düzgün işləməsi üçün lazım olan enerjini ala bilsin.

Masaj: 

Bədəndə digər hissələr kimi dəri altında limfa mayesi toplanır və bu, üzün şişməsinə səbəb olur. Üz masajı limfa mayesini müvəqqəti olaraq sıxır və onun şişməsinin qarşısını alır. Masaj üzünüzü daha incə göstərə bilər. Müntəzəm üz masajı ilə siz əhəmiyyətli miqdarda üz yağını itirirsiniz. Bu iş oksigen və qan dövranını yaxşılaşdırır və dərini tədricən sıxır.

 Spirtli içkilərdən qaçınmaq: 

Spirtli içkilərdən çəkinin, çünki üzün şişkinliyinə böyük təsir göstərir.

 Arıqlamaq: 

Üzünüzün kök görünməməsini istəyirsinizsə, ümumi bədən yağını itirməlisiniz. Gün ərzində daha az kalori istehlak etsəniz, vücudunuz yağları yığılmış enerji kimi istifadə edəcəkdir. Bunu etsəniz, üzdəki piylərin miqdarı da azalacaq. Arıqlayan zaman bədən ilk növbədə boyun, çənə və üz yağlarına baxır. İstehlak olunan və yandırılan ümumi kaloriləri azaltmalısınız. Buna görə də, daha çox arıqlamaq üçün istehlak etdiyinizdən daha çox yandırmaq lazımdır.

Üz məşqləri: 

Bu məşqlər sizə daha incə və arıq görünüş vermək üçün 40 üz əzələsini gücləndirməyə kömək edir.

Ağız ətrafındakı əzələləri gücləndirmək üçün X və O hərflərini ardıcıl olaraq söyləyin. Bu məşq üz əzələləriniz büzülür və hərəkət edir.

Yanaq əzələlərini gücləndirmək üçün yanaqlarınızı üzünüzə çəkərək balıq ağzı edin. Müsbət nəticə əldə etmək üçün bunu hər gün 20 dəfə təkrarlayın.

Ağzınızı geniş və dairəvi şəkildə açaraq bütün üz əzələlərinizi aktivləşdirin. Bu mövqeyi 5 saniyə saxlayın və gün ərzində bunu 30 dəfə təkrarlayın. Üzünüzün dolğun və yuvarlaq görünməsi üçün ağzınızı hava ilə doldurun. Dodaqlarınızı bağlı saxlayın. Havanı bir tərəfdən digərinə üfürün.

Şəbnəm