Ağ Ev Türkiyənin ev sahibliyi ilə imzalanacaq taxıl sazişini mәmnuniyyәtlә qarşıladığını vә bu mәsәlә ilә bağlı Birləşmiş Millətlər Təşkilatı ilә Türkiyənin göstәrdiyi sәylәri alqışladığını açıqlayıb.
Foodinfo.az xəbər verir ki, ABŞ Dövlәt Departamentinin sözçüsü Ned Prays keçirdiyi gündәlik mәtbuat konfransında İstanbulda baş tutacaq imza mәrasimi ilә bağlı deyib ki, Vaşinqton bu razılaşmanı alqışlayır.
"BMT baş katibinin sәylәrini yüksək qiymətləndiririk. Oradakı türk müttəfiqlərimizin göstәrdiyi sәylәri alqışlayırıq. Bu, yalnız ABŞ-ın deyil, G-20 ölkələrinin də dəstəklədiyi razılaşmadır".
Rusiyanı “ərzaq məhsullarından silah kimi istifadə etməkdə” günahlandıran Ned Prays razılaşmanın həyata keçirilməsini səbirsizliklə gözləyəcəklərini bildirib.