Həddindən artıq qarın piylənməsi sadəcə sevdiyiniz paltarları geyinə bilməyəcəyinizlə bitmir, ən əsası ümumi sağlamlığınıza çox pis təsir etmiş olur.
Foodinfo.az xəbər verir ki, qarın nahiyəsində artıq çəki daşıyan qadınların qarın nahiyəsində artıq çəkisi olmayanlara nisbətən infarkt riskinin 10-20 faiz daha çox olduğunu müəyyən edilmişdir.
Həkimlər xəbərdarlıq ediblər ki, visseral piylər təhlükəlidir, çünki o, daxili orqanlarınıza təzyiq edir və sizi ciddi sağlamlıq problemlərinin qurbanı olmaq riski ilə daha çox üz-üzə qoyur. Tədqiqatçılar hesab edirlər ki, visseral yağ bədəninizin toxumalarını, orqanlarını iltihablandırır, qan damarlarını daraldır. Bu da qan təzyiqinizi yüksəldə və digər problemlərə səbəb ola bilər. Viseral yağın ciddi nəticələrinə ürək xəstəlikləri, infarktlar, yüksək qan təzyiqi, insult, diabet, döş xərçəngi və Alzheimer daxildir.
Bədənimiz bizi və orqanlarımızı qorumaq üçün yağ təbəqəsinə ehtiyac duyur. Ancaq birdən çox sağlam yağ təbəqəsi yığıldıqda, bizi ciddi problemlərlə qarşılaşdırır.
Bədən formanız alma şəklindədirsə və orta hissənizdə çoxlu çəki yığılıbsa, ancaq ayaqlarınız və bədənin yuxarı hissəsi daha incədirsə, bu, visseral yağın əlamətidir.
Əgər qadınların qarın ətrafında 35 düym/88 sm və ya daha çox piy varsa, bu, onların visseral yağ daşıdıqları anlamına gələ bilər, kişilər üçün isə təxminən 40 düym/101 sm və daha çox.
Visseral yağ hüceyrələri hormonlar və iltihablı maddələr istehsal edir. Zamanla bu yağlar uzun müddətli iltihabı artıra və bədəninizi xroniki xəstəlik riski altına qoya bilər. Onun nümunələrindən biri ürək xəstəliyidir.