Yeni bir araşdırmaya görə, xərçənglə mübarizədə yoqanın təsirli olacağı məlum olub. Yumşaq yoqa forması sağ qalma müddətini yaxşılaşdırmağa və bədxassəli xəstəliyin təkrarlanma riskini azaltmağa kömək edə bilər.

"Hatha yoga" kimi tanınan yoqa növünü ehtiva edən Yocas, xərçəngdən xilas olanlara müraciət edir.

Xəstəliklə mübarizə aparan insanların sağ qalmasına təsir edən həm kəskin, həm də xroniki iltihab, xərçəngin inkişafı, həmçinin xərçəng dərmanlarının toksikliyi ilə əlaqələndirilir.

Araşdırmada gündə yarım saat gəzməyin də xərçəng xəstələrinin yorğunluğunun azalmasına töhfə verə biləcəyi ifadə edilir.

Lakin Roçester Tibb Mərkəzindən Karen Mustian da daxil olmaqla, tədqiqatçılar deyirlər ki, yoqa və idman kimi qeyri-dərman müdaxilələri bədəndə enerjini bərpa edir.

4 həftə ərzində həftədə iki dəfə gündə 75 dəqiqə yoqa edən insanlarda müsbət dəyişiklik müşahidə edilib.

Tədqiqatda elm adamları iltihab əlamətlərini qiymətləndirmək üçün müdaxilədən əvvəl və sonra iştirakçılardan serum nümunələri toplayıblar.

Elm adamları, bu iştirakçıları arasında ümumi iltihab əlamətlərinin "əhəmiyyətli dərəcədə aşağı" olduğunu aşkar ediblər. Tapıntılara əsaslanaraq, tədqiqatçılar iltihabı olan xərçəngdən xilas olanlara bu növ hatha yoga tövsiyə edirlər.