Səudiyyə Ərəbistanı ölkədə neft hasilatını azaltmaqla ABŞ-yə siqnal ötürüb.
Foodinfo.az xəbər verir ki, bu barədə “The Washington Post”da Devid İqnatiusun məqaləsində deyilir.
Ekspertin sözlərinə görə, bu siqnal ABŞ-yə göstərib ki, artıq Yaxın Şərqdəki neft bazarında onların sözü keçmir.
“Bu yaxşıdır, yoxsa pis deyə bilmərik, ancaq Yaxın Şərqdəki ABŞ epoxası artıq sona çatıb”, - deyə ekspert vurğulayıb.
Xatırladaq ki, neft hasilatını azaltmaqla bağlı həmçinin İraq, Küveyt, Oman və Qazaxıstan da qərar qəbul edib.