Cərrahiyyə xəstəliklərin müalicəsi və ya kosmetik məqsədlər üçün tətbiq oluna bilər. Sağalmaq istəyi ilə yanaşı, xəstələrimizdə narahatlıq yaradan bir çox hallar var. Xəstəxana, həkim, cərrahi texnika və əməliyyatın vaxtı və s.
Foodinfo.az-ın məlumatına görə, Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, xəstələri ən çox narahat edən problemlərdən biri də hansı fəsildə əməliyyat etdirmək olar, hansında etdirmək olmaz sualıdır.
“Xəstələr xüsusən yay mövsümündə hərarətin yüksəldiyi bir vaxtda müxtəlif qorxu və təşvişlərə görə əməliyyat olunmaq istəmirlər. Bunun səbəbi kimi düşünürlər ki, isti ilə əlaqəli olaraq yara infeksiya qapa bilər. Lakin əməliyyat otağının temperaturu il boyu sabit saxlanılır. Xarici temperatur əməliyyat otağına və xəstəxanaya təsir göstərmir. Buna görə də xəstəxanada yatarkən yaranın infeksiya qapması mümkün deyil”, – həkim qeyd edib.
Digər narahatlıq budur ki, əməliyyatdan sonra evə gedəndə tərləmə infeksiyanı artıra bilər. Əməliyyat yerində tərləmə daha çox ola bilsə də, yarada infeksiyanı artırdığı təsbit edilməmişdir.
Dostlar, əməliyyat olmaq üçün soyuq fəsilləri gözləməyə ehtiyyac yoxdur. Yayda bütün əməliyyatları edə bilərsiniz.