Mütəxəssislər bildirirlər ki, yemişan sirkəsi qədimdən həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunur. 

Foodinfo.az xəbər verir ki, tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində orqanizmə çoxsaylı faydalar verir.

Araşdırmalara görə, yemişan sirkəsi ürək-damar sağlamlığını dəstəkləyir, qan dövranını yaxşılaşdırır və təzyiqi tənzimləməyə kömək edir. 

Bundan başqa, qan damarlarının elastikliyini artıraraq xolesterinin yığılmasının qarşısını alır.

Həkimlər qeyd edirlər ki, yemişan sirkəsi həzm sisteminə də müsbət təsir edir, iştahanı artırır və mədə-bağırsaq fəaliyyətini tənzimləyir. 

Eyni zamanda, orqanizmdən artıq duz və toksinlərin atılmasına yardım edərək ödemin azalmasına səbəb olur.

Bundan əlavə, yemişan sirkəsi sinir sistemini sakitləşdirir, yuxu keyfiyyətini yaxşılaşdırır və stressi azaldır.