Yulaf qədimdən bəri enerji verən və sağlamlığı qoruyan məhsulların başında gəlir. Foodinfo.az bildirir ki, yulaf tərkibində yüksək miqdarda beta-glukan adlanan həll olunan liflər ehtiva edir ki, bu da qan xolesterin səviyyəsinin azaldılmasına və ürək xəstəlikləri riskinin minimuma endirilməsinə kömək edir. Beta-glukanlar eyni zamanda qan şəkərinin tənzimlənməsində də mühüm rol oynayır, beləliklə şəkərli diabet xəstələri üçün faydalı qidadır.

Yulafın zəngin zülal tərkibi onun uzun müddət toxluq hissi yaratmasına imkan verir və enerji səviyyəsini yüksəldir. Bu xüsusiyyətlər onu idmançılar və aktiv həyat tərzi sürən insanlar üçün ideal qida edir. Foodinfo.az bildirir ki, yulaf həmçinin antioksidantlarla zəngindir və bədənin sərbəst radikallardan qorunmasına kömək edir, xərçəng riskini azaldır.

Yulaf süd və ya qatıq ilə birlikdə istehlak edildikdə həzm sisteminə daha çox fayda verir və uşaqlar üçün də tamamilə təhlükəsizdir. Lakin allergiyası və ya qlutenə həssaslığı olan şəxslər yulaf məhsullarını diqqətlə seçməlidir, çünki bəzən yulaf qlutenlə çirklənə bilər.