Əgər daim yorğunluq hiss edir, depressiya yaşayırsınızsa bəzi mənfi vərdişlərin özünüzdə olub-olmadığını yoxlayın. 


1. Çox işləyib, az istirahət etmək 


Həyatınızı korlayan ilk vərdiş, daim görəcək bir iş tapmaq və "super məhsuldar" olmaqdır. Çox vaxt işgüzar insanlar bu xəstəlikdən əziyyət çəkirlər. Çünki onlar düşünürlər ki, dayanmaq zəif insanlar üçündür. Baxmayaraq ki, əslində bunun əksi doğrudur. Məhz istirahət etməklə böyük zirvələrə çatmaq olar. Əgər fasiləsiz işləsəniz, nailiyyətlər ya çox çətinliklə əldə ediləcək, ya da heç olmayacaq. 


2. Daim özünü və ya başqalarını tənqid etmək 


Tənqid ilk növbədə mənfi enerjidir. Əgər birinin sözləri nəyisə düzəltmək üçün mesaj daşımırsa, bu, insana çox pis təsir edir. Özünüzü tənqid etmək yalnız bəzən faydalı ola bilər. Əgər bununla motivasiya ola bilirsinisə deməli doğru yoldasınız. Əks təqdirdə, özünüzü enerjidən və xoşbəxtlikdön məhrum edəcəksiniz. Çünki görülən işin mənasını görmürsən və ya sənə uyğun gəlmir. 


3. Paxıllıq etmək


Sizi davamlı olaraq peşman edən başqa bir dağıdıcı hiss paxıllıqdır. Sizi təslim olmağa və arzularınıza çatmaq üçün heç nə etməməyə təşviq edir. Bundan əlavə, o, sizi daxili gücdən də məhrum edir. Odur ki, başqasının ağzına baxmaq vərdişindən əl çəkin və həyatın nə qədər asan və əyləncəli olduğuna diqqət yetirin.


4. Daha çox məsuliyyət götürmək


Başqa bir pis vərdiş çiyinlərimizə öhdəsindən gələ bilməyəcəyimizdən daha çox yük qoymaqdır. Təbii ki, hər kəsin bunu etmək üçün müxtəlif səbəbləri var: kimsə özünü təsdiq etmək və hər şeyə qadir olduğunu sübut etmək istəyir. Digəri kifayət qədər gücü olmadığını etiraf etməkdən utanır, buna görə də özünü çətinliyə salır. Ancaq unutmayaq ki, bütün bu oyunlar sizin həm gücünüzü, həm də enerjinizi əlinizdən alacaq.


5. Həmişə "bəli" demək


Sizi gücdən, enerjidən və hər hansı bir iş görmək istəyindən məhrum edən başqa bir pis vərdiş başqalarının göstərişinə sorğu-sualsız əməl etməkdir. Bəzi insanlar bunu kobud, eqoist görünmək qorxusuna görə edir. Yox deməyi bacarmayan insanlar, istəmədikləri bir şeylə razılaşdıqda nə qədər boş və xoşagəlməz hiss etdiklərini çox yaxşı bilirlər. 


Necə düşünürsünüz, bu vərdişdən qurtulmağın vaxtı deyilmi?

Leyla