Soyuducuda temperatur istehsalçıdan asılı olaraq, 0-10°С təşkil edir. Bu temperaturda soyuducuya yerləşdirilmiş yeni bişirilmiş çörək və ya çörək məmulatı tez bir zamanda soyuyur, nəmliyini itirir və köhnəlməyə meylli olur. Polietilen materialına büküldüyü halda isə paketin divarında nəmlik yaranır və bu çörəyin kiflənməsinə səbəb olur. Bu səbəbdəb də çörəyi uzun müddətli soyuducuda saxlamaq olmaz. 

Soyuducuda saxlanıldığı təqdirdə çörəyi kağız və ya parça materialına bükmək məsləhətdir. Çörək çox güclü qoxu adsorbsiya qabiliyyətinə malik olduğu üçün çörəyin bükülməsi vacibdir. Çörəyin soyuducuda saxlanma müddəti ilə bağlı birmənalı cavab vermək mümkün deyil. Düzgün şəkildə saxlanıldıqda, çörək soyuducuda daha uzunmüddətli qala bilər, lakin bu zaman mikrobioloji nöqteyi-nəzərdən heç bir problem yaşanmasa da, çörək hətta yararlılıq müddətində belə köhnəlmiş, sərt və ovxalanmış şəkildə olacaq.

Soyuducunun dondurucu hissəsində isə temperatur -18 -20°С arasında dəyişir ki, bu zaman qida məhsulunun tərkibindəki sərbəst su kristallaşır. Ona görə də çörək və çörək məhsullarını “şok dondurulma” prosesinə məruz qoymadan birbaşa dondurucu hissəyə yerləşdirmək olar. Sözügedən prosesi ev şəraitində etmək mümkün olmadığından çörəyin kağız və ya parça materialına bükülmüş şəkildə və 2-3 gündən artıq olmamaq şərti ilə taxta materialından hazırlanmış çörək qabında otaq temperaturunda saxlanılması məqsəduyğundur.

Leyla