Həkimlər sağlamlıq üçün ən faydalı quru meyvənin adını açıqlayıblar.
Foodinfo.az Rbc.ua-ya istinadən xəbər verir ki, bu barədə amerikaləı həkim Lüsiya Qarsiya danışıb.
Onun sözlərinə görə, söhbət qara üzümü qurutmaqla əldə olunan qara kişmişdən gedir.
Onun tərkibində təxminən 15% karbohidrat var ki, bunun da 57%-ini fruktoza və 43%-ini isə qlükoza təşkil edir, ona görə də orqanizmi gündəlik fəaliyyətlər üçün lazım olan enerji ilə birbaşa təmin edə bilər.
Qara kişmiş C vitamini mənbəyidir. 100 qramda 464 mq C vitamini var ki, bu da əksər meyvə və tərəvəzlərdən on dəfələrlə çoxdur.
Qara kişmiş qan damarlarını yumşaldan, onların keçiriciliyini yaxşılaşdıran, ürək-damar sistemi və beyin qan dövranı üçün çox faydalı olan bioflavonoidlərlə zəngindir.
Həkimin sözlərinə görə, qara kişmiş aşağı kalorili, qida dəyəri yüksək olan quru meyvədir. Onun 100 qramında cəmi 46 kalori var.
"Hər gün bir ovuc qara kişmiş yemək sağlamlığınız üçün əla seçimdir" - deyə həkim sonda qeyd edib.
Leyla