Mağazadan alınan kolbasa xərçəngə səbəb ola bilən nitrit və zülal qarışıqları ilə zəngindir. Ancaq evdə hazırlasanız, tam proteinin əla mənbəyi olacaqdır.

Terapevt, dietoloq və tibb elmləri doktoru Marqarita Korolevanın dediyi kimi, evdə hazırlanan kolbasa orqanizm üçün faydalı olan yağlardan ibarətdir. 

Və düzgün ədviyyatlar əlavə etsəniz, antioksidanlar və bioflavonoidlərlə zəngin bir məhsul əldə edə bilərsiniz.

Əgər kolbasa təbii məhsul kimi alınmış ətdən öz əlinizlə hazırlanırsa, ədviyyatlar və ətirli otlarla ətirlənirsə, onu hətta müntəzəm olaraq, bir və ya iki ədəd istehlak etmək olar. 

Mütəxəssis qeyd edib ki, alınan kolbasanın tərkibində orqanizmə ziyan vuracaq zərərli əlavələr olduğundan mümkün qədər nadir hallarda istehlak etmək tövsiyə olunur.

Leyla