Moskvada şəkərsiz şokoladlı desertlər istehsalçısı olan şirkət məhsul xəttini genişləndirib.
Foodinfo.az xəbər verir ki, bu barədə kp.ru saytı məlumat yayıb.
Belə ki, “Sağlam Şokolad” şirkəti şəkər, süd və trans yağları əlavə olunmadan kiloqramlıq sağlam şokolad istehsalına başlayıb.
Hər bir hissə təbii kakao yağı, qoz-fındıq və giləmeyvə, o cümlədən süd əsasında hazırlanır. Məhsullardakı ağ zərif şəkər tamamilə təbii dadlandırıcılarla əvəz olunub. Məhsulların tərkibində laktoza da yoxdur.