Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı İrina Lyalina gündə üçdən çox yumurta yeməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert Life.ru -ya müsahibəsində bildirib ki, yumurta hər kəs üçün əlçatan bir protein mənbəyidir, lakin buna baxmayaraq, hər hansı bir tibbi əks göstəriş olduqda həkimə müraciət etmək daha yaxşıdır.

Lyalinanın sözlərinə görə, bakteriyaları öldürmək və infeksiya riskinin qarşısını almaq üçün yumurtaları kifayət qədər temperaturda bişirmək lazımdır.

“Yumurtanın təmizliyinə və təhlükəsizliyinə tam əmin deyilsinizsə, qızardılmış yumurtadan və evdə hazırlanmış mayonezdən imtina etmək daha yaxşıdır” deyə ekspert əlavə edib.