Təbii bala bir damla yod əlavə edildikdə mavi rəngə çevrilirsə, deməli, onun tərkibində çoxlu nişasta var.
Foodinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı İrina Lyalina deyib.
Dietoloq Tibb Elmləri Doktoru Marqarita Koroleva bildirib ki, saxta bal suda asanlıqla həll olunur. Onun sözlərinə görə, saxta bala şəkər və fruktoza əlavə edildiyi üçün şəkər xəstələri üçün təhlükəlidir.
O, izah edib ki, təbii bal dozada istehlak edilir, lakin saxta bal asılılıq yaradır və onu təkrar-təkrar yemək istəyirsən.