Xəstə bir ovuc aslanpəncəsini suya ataraq onu bir qədər qaynadıb içsin. Axar.az xəbər verir ki, bu sözlər qədim kitablardan birində yazılıb. Qeyd edilir ki, dəniz səviyyəsindən min metrdən yüksək olan ərazilərdə bitən aslanpəncəsinin yarpaqlarının üzü sarımtıl yaşıl, altı daha çox gümüşü rəngdə olur. Onun 300-ə qədər növü var. Aslanpəncəsinin təzə yarpaqları və cavan zoğları kulinariyada salat və tərəvəz şorbalarının hazırlanmasında istifadə edilir. Qadın xəstəliklərində vəziləri onkoloji xəstəliklərdən qoruyur. İlkin mərhələdə müalicəvi təsir göstərir, sonrakı mərhələdə isə prosesləri zəiflədir. Kişilərdə prostat vəzi problemlərinin müalicə və profilaktikasında geniş istifadə edilir, prostat vəzin və böyrəklərin funksiyalarını normalaşdırır, yaranmış xəstəliklərindən sağalmanı sürətləndirir. Bitkinin yüksək dağlıq ərazilərdə bitən növü əsasən orqanizmin müxtəlif bölgələrində toplanan piylərə qarşı istifadə olunur. Qanda şəkərin səviyyəsini tənzimləyir və yuxusuzluq problemlərinə yardımçı olur.