Rusiyalı terapevt və dietoloq Sofiya Sokolova yayda faydalı olan məhsulların adını çəkib.

Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, isti günlərdə ciddi problemlərin qarşısını almaq üçün pəhrizdə ət və heyvan yağlarının miqdarını azaltmaq və daha çox bitki qidaları yemək tövsiyə olunur.

Mütəxəssisin fikrincə, əti balıqla əvəz etmək, tərkibi müxtəlif olan şorbaları pəhrizdən çıxarmaq məsləhətdir.

Daha çox göyərti, tərəvəz, meyvə  yemək və sərin təbii içkilər qəbul etmək lazımdır.

Fərid