Gözəllik müsabiqələrinin iştirakçısı, rusiyalı model şokolad yeyərkən vəfat edib. Foodinfo.az bildirir ki, bu barədə REN TV xəbər yayıb. Hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. 17 yaşlı qız hadisə zamanı tək olmayıb. Onun yanında olan dostunun sözlərinə görə, yaşayış binasının girişində söhbət etdikləri zaman yediyi şokolad modelin boğazında qalaraq o, boğulub. Bu anda model huşunu itirib. Oğlan təcili yardım maşını çağırsa da, artıq çox gec olub. 17 yaşlı  model dünyasını dəyişib. (“ölkə.az”)