Türkiyədən 1 Sentyabrda başlayan 2019-2020 ixracat mövsümünün 8 ayında 277 min 281 ton fındıq ixrac edilərək qarşılığında 1 milyard 844 milyon 289 min dollar gəlir təmin edilib. Foodinfo.az “Marja”ya istinadən xəbər verir ki, standart fındıq ləpəsinin kentalı (100 kiloqramı) orta hesabla 685 dollardan satılıb. Türkiyə, ötən mövsümün eyni dövründə, 210 min 600 ton fındıq ixrac edərək 1 milyard 222 milyon 206 min dollar qazanc əldə etmişdi. Qaradəniz Fındıq Məmulları və İxracatçıları Birliyinin (KFMİB) rəhbəri Edip Sevinc, ixracın istədikləri kimi getdiyini bildirib. O, "Mövsüm sonunda əldə edilən valyuta miqdarının 2,5 milyard dolları keçməsini nəzərdə tuturuq. Rəqəmlərə görə hədəflərimizə çatacağıq" - deyib.