Tezliklə 2 yeni Araz market filialı açılacaq. Foodinfo.az xəbər verir ki, yeni filialların hər ikisinin yerləşəcəyi ərazini tapan 3 nəfərin hər biri isə təsadüfi seçilərək 20 AZN dəyərində bonus kart əldə edəcək. Şərtlər isə sadədir. Marketin Facebook səhifəsində postun altındakı şərh bölməsinə yalnız hər iki filialın yerləşəcəyi ərazinin adını yazın (Məs. Binəqədi və Zabrat), səhifəni bəyənin və #SizharadaArazorada hashtag-i ilə öz hesabınızda hamıya açıq paylaşın. Qeyd edək ki, müsabiqə 08.03.19 tarixinə kimi qüvvədə olacaqdır, qaliblər 09.03.19 tarixində elan ediləcək.