Bu il ərzində Azərbaycanda nar istehsalının həcmidə 10-15%, ixracında isə təxminən 50%-dək artım gözlənilir. Foodinfo.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. Onun sözlərinə görə, 2019-cu ildə ölkə üzrə nar istehsalının həcmi 175 min tona yaxın təşkil edib ki, bu da bir hektara düşən 7 ton məhsul deməkdir: "2018-ci illə müqayisə ötən il istehsalın həcmi 13% artıb. Qeyd edim ki, 2019-cu ildə dəyəri 19 min ABŞ dolları olan 17,5 min ton nar meyvəsi ixrac olunub. 2018-ci ildə isə bu rəqəm 9,3 min ton təşkil edib. Buradan əyani görünür ki, istehsal həcmindən asılı olaraq ixrac da iki dəfəyədək artıb", - deyə F.Qaraşov qeyd edib.