Bu ilin yanvar ayında Azərbaycan 11,2 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edib. Foodinfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. Hesabatda deyilir ki, bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 0,8 milyon ABŞ dolları, yaxud 6,67% azdır.