Yevlaxda yaşayan kəlbəcərli fermer yeni iribuynuzlu heyvan cinsi yetişdirib. Foodinfo xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün Malik Şahverdiyev 12 il həyata keçirdiyi tədbirlər nəticəsində buna nail olub. Belə ki, o, özünə məxsus fermada 12 il əvvəl “Holsten” buğası ilə yerli cins heyvanları cütləşdirməyə başlayıb. Dörd mərhələli prosesdən sonra yeni cins heyvan növü yetişdirmək mümkün olub. Eləcə də bax: Heyvandarlıqla məşğul olanlar da subsidiyanı – YENİ SİSTEMLƏ ALACAQLAR Yeni cins heyvanlar yerli cinslərdən fərqli olaraq iqlimə tam adaptasiya olunur. Onlarda yayda qızdırma xəstəliyi müşahidə olunmur. Yeni cins heyvanların süd vermə qabiliyyəti isə yerli cinslərdən 3 dəfə çoxdur.