Qubanın Zərdabi qəsəbəsində naməlum şəxslər Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacını kəsərək tələf ediblər. Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağdan evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub. Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib. Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.