Şəkər və şəkər məhsulları  Uzun müddətli şəkər istifadəsi nevroloji problemlərə səbəb olur. Ayrıca yaddaşı da zəiflətdiyi təsdiq edilmişdir. Öyrənmə qabiliyyətini də zəiflətdiyi bildirilir. Bu səbəbdən şəkərdən uzaq durmaq lazımdır.
Spirtli içkilər  Spirtin qaraciyəri iflas etdirdiyi məlumdur. Ancaq az bilinən digər təsiri də beyni bitirməsidir.  Sağlam düşünmə qabiliyyətini zəiflədir, yaddaşı da bitirir. Qısası, spirt buraxıldığı zaman zərərləri müəyyən qədər aradan qalxır. Lakin uzun davamlı şəkildə istifadə etdikdə qalıcı ziyanlara yol aça bilir.  
Fast Food 
Yaxın zamanlarda Montreal Universitetində edilən bir araşdırma fast food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoymuşdur. Bu da depressiya və narahatlıq problemlərinə gətirib çıxarır. Fast Food məhsullarının içindəki qatqı maddələrinin öyrənmə pozuqluğu, motivasiya əskikliyi və yaddaş zəifliyi kimi hallara da yol açdığı sübut edilmişdir. (meqale.net)