D vitamini vücuda həm xaricdən, həm də günəş şüalarından daxil olur. Bu vitamininin məqsədi sümükləri qorumaq, kalsium və fosforun bağırsaqlardan sovrulmasını təmin etməkdir. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, ciddi qaraciyər və böyrək xəstəlikləri zamanı d vitamini əksikliyi olduğu üçün bunun əlamətləri üzə çıxır. D vitamini olan qidalar hansıdır? – Yumurta sarısı – Süd – Buğda – Qatıq – Qovun – Soğan – Çiyələk – Portağal suyu – İtburnu – Limon D vitamini əksikliyi zamanı nələr baş verir? D vitamini əksikliyi, ürək xəstəliklərindən, allergiya xəstəliklərinə qədər səbəb olur. D vitamininin vücuddakı funksiyaları: İncə bağırsaqlardan kalsium və fosforun sovrulmasını təmin edir. Sümüyün böyüməsi, sərtləşməsi üzərində də təsirlidir. Bakteriyaları öldürən protein hüceyrələrinin çoxalmasına dəstək verir. Kalsium səviyyəsini tənzimləyir. Uşaq və körpələrdə sümük və dişlərin normal inkişafı və böyüməsini təmin edir. (Hekimtap.az)