DİN-in Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə polis idarəsinin bölük komandiri,  polkovnik-leytenant  Əliyev Rəşid Şura oğlu 55 yaşında vəfat edib. Foodinfo.az Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, o, dekabrın 14-də yaşadığı ərazidəki marketlərin birindən alış-veriş edən zaman infarkt keçirib. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumatı DİN-in Baş Mühafizə İdarəsindən Qaynarinfo-ya təsdiqləyiblər.