Ümumdünya Səhiyyə Təşkilatı xərçəng xəstəliyi ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, dünyada hər dəqiqədə 18 nəfər onkoloji xəstəliklərdən həyatını itirir. Ölümlərin 22 faizi siqaret çəkməklə bağlıdır. 2018-ci ildə dünya üzrə onkoloji xəstəliklərdən ölüm halları belə olub: -ağciyər-18,4 faiz; -yoğun bağırsaq-9,2 faiz; -mədə-8,2 faiz; -qara ciyər - 8,2 faiz; -süd vəzisi-. 6,6 faiz; -qida borusu 5,3 faiz; -mədəaltı vəzi-4.5 faiz; -prostat -3,8 faiz; -digər növlər 35,8 faiz. Kasıb ölkələrdə onkoloji xəstəliklərə tutulanların təxminən 70 faizi dünyasını dəyişir. (faktor.az)